YPG terror təşkilatının üzvləri Türkiyə ilə sərhəddə görüntülənib.
Türkiyə mətbuatının yaydığı məlumata əsasən, təhlükəsizlik bölgəsinin yaradılması istiqamətində işlər aparılarkən YPG-çilər gözə dəyib.
YPG-çilər Suriyanın Tel-Abyad şəhərində keçmiş gömrük ərazisində gəzərkən görünüb.
Məlumata görə, sentyabrın 8-də ABŞ-la Türkiyə Suriyanın şimalında müştərək yoxlama əməliyyatı keçirəcək.