Türkiyədə Sivas vilayətindən İstanbula gedən sərnişin avtobusu qəfildən alovlanaraq yanmağa başlayıb.
Hadisə avtobanın Boli vilayətindən keçən hissəsində baş verib.
Avtobusun yanmağa başladığını görən sürücü avtomobili saxlayaraq sərnişinləri düşürüb. Bundan sonra alov bütün avtobusu bürüyüb. Yanğın Bolu bələdiyyəsi ynğınmdan mühafizə briqadaları tərəfindən söndürülsə də avtobus istifadəyə yararsız vəziyyətə düşüb.
Sürücü balonlarla yanğına müdaxilə etdiyini, amma alovun qarşısını ala bimədiyini açıqlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Sərnişinlər isə başqa bir avtobusla yollarına davam ediblər./anspress/