Türkiyə regional problemlərin dünyaya təsirinin qarşısını alır. Bu gün ölkəmizdə 3,6 milyon suriyalı olmaqla dünyanın müxtəlif yerindən fərqliu statusla gələn 5 milyon insana qucaq açıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Təyyib Ərdoğan deyib.
Prezident əlavə edib ki, NATO-dakı müttəfiqləri daxil olmaqla bütövlükdə Avropanın təhlükəsizliyini Türkiyə təmin edir: “Ancaq ölkəmizin yeni bir köç dalğası ilə üzləşməsi artıq mümkün deyil”.