11 Sentyabr 2019 00:10
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada tüğyan etmiş "Faksay" qasırğası ilə əlaqədar Narita hava limanında 17 min sərnişin qalıb.

Teleqraf.com xəbər verir ki, qasırğaya görə avtobus və qatarların hərəkəti dayandırılıb.

Hava limanında qalan sərnişinlərə yataq çantaları, su və qida paylanılıb.

Bundan başqa, üç prefekturada elektrik enerjisi kəsilib. Hökumət xəstəxana və sığınacaqlarda enerjinin kəsintisiz verilməsi üçün 200-dən çox generator quraşdırmağı planlaşdırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər