İndoneziyanın keçmiş prezidenti Buxaruddin Yusuf Həbibi 83 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Həbibinin səhhəti qəfil pisləşib və Cakartadakı hərbi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Eks-prezident elə xəstəxanada vəfat edib.
Qeyd edək ki, İndoneziyanın üçüncü prezidenti olan Buxaruddin Yusuf Həbibi 1998-ci ilin mayından 1999-cu ilin oktyabrına qədər hakimiyyətdə olub.