ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In ilə ilin sonunadək görüşmək niyyətində olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında jurnalistlərə müsahibə verərkən söyləyib.
Xatırladaq ki, iyunun 30-da ABŞ və KXDR liderlərinin KXDR və Koreya Respublikasının sərhədində hərbisizləşdirilmiş ərazidə üçüncü görüşü keçirilib. Bu görüşün yekunlarına əsasən, ABŞ Prezidenti hər iki tərəfin danışıqları tezliklə işçi səviyyəsində bərpa etməyə ümid bəslədiyini söyləsə də, iki ay ərzində hər hansı görüş olmayıb.