16 Sentyabr 2019 15:16
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran futbol federasiyasının müşaviri Qulamhüseyn Zamanabadi qadınların İran və Kamboca futbol komandaları arasında baş tutacaq oyunu stadiondan izləyə biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, federasiya rəsmisi bu oyuna arenadan tamaşa etmək üçün qadınların internet vasitəsilə bilet sifariş verə biləcəyini deyib.

Lakin o, stadionda qadınlar üçün nə qədər yerin ayrıldığını açıqlamayıb. Zamanabadinin sözlərinə görə, bu məsələ bilet satışı bitəndən sonra müəyyənləşəcək.

Futbol federasiyasının rəsmisi qadınların ölkə çempionatının oyunlarına tamaşa etmək üçün stadionlara girişinə icazə verilib-verilməməsi məsələsinin hələlik müzakirə edilmədiyini deyib.

Xatırladaq ki, sözügedən görüş cari ilin oktyabrın 8-də Tehranın “Azadi” stadionunda keçiriləcək.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası İrana qadınları stadionlara girişi məsələsini həll etmək üçün vaxt vermişdi. Bu zaman bitdikdən sonra İranın futbol rəsmiləri dövlətin qeyd edilən xüsusda heç bir iradı olmadığını və qadınların stadionlara daxil olmasının qanunla da qadağan edilmədiyini bildirmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu