Krasnoyarskda baş verən yanğında Lesosibirsk şəhər prokuroru, 1983-cü il təvəllüdlü Vasili Fedortsov, onun həyat yoldaşı və iki oğlu həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Krasnoyarsk diyar prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Prokurorluq orqanının kollektivi V.Fedortsovun yaxınlarına və dostlarına başsağlığı verib. Prokurorluqdan o da bildirilib ki, açılmış cinayət işi üzrə istintaqı nəzarətə götürüblər.
Yanğın sentyabrın 15-də axşam Qusarova küçəsindəki evin üçüncü mərtəbəsində baş verib. Nəticədə dördü uşaq olmaqla səkkiz nəfər həlak olub.
İş Rusiya İstintaq Komitəsinin mərkəzi ofisinin icraatına verilib.
Əhalisinin sayı 59 525 nəfər olan Lesosibirsk Rusiyanın taxta-şalban istehsalı və meşə kimyası üzrə ixtisaslaşmış şəhərlərindən biridir.