Tükiyədə Müge Anlının verilişinə qatılıb 2018-ci ildən bəri qardaşını axtardığını deyən Mahmud Aykurt adlı şəxsin ifadələri izləyicilərin geniş müzakirəsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, indiyədək bir-birindən ziddiyyətli açıqlamalar verən Mahmud Aykurt sonuncu dəfə qardaşının qatilinin ona zəng etdiyini söyləyib.
O, naməlum şəxsin "Qardaşını öldürüb atdıq" sözlərini dediyini bildirib. Mahmud Aykurtun bu etirafı Müge Anlını belə təəccübləndirib.
Studiyadakı tamaşaçılar da daxil olmaqla, sosial media izləyiciləri Mahmud Aykurtun sözlərinə inanmadıqlarını, əksinə şübhəni öz üzərinə çəkdiyini qeyd ediblər.