Amerika müharibəyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ əsgərlərinin İrana hücumunun mütənasib olub-olmayacağı haqda” sualına cavabda prezident deyib ki, hücumun mütənasib olacağını düşünür.
O, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun arxasında İranın dayandığını vurğulayıb: “Nə baş verdiyini tam öyrəndikdə əlavə məlumat verəcəyik. Hazırda araşdırma gedir”.
Prezident Tramp İran dövlət başçısı Həsən Ruhani ilə görüşün nəzərdə tutulmadığını xatırladıb və əlavə edib ki, İranla müharibəni arzulamır: “Amma ölkəmiz hərbi təyyarələrə, raketləri kimi müasir silahlara sahibdir. ABŞ müharibəyə tarixdə heç bir ölkənin olmadığı qədər hazırdır”.
Donald Tramp İranla diplomatik yolların tükənmədiyini də deyib: “Diplomatiya əsla tükənməz. Nə olacağı da öncədən bilinməz. Razılaşma əldə etmək istədiklərini bilirəm”.
ABŞ lideri əlavə edib ki, yaxın günlərdə ABŞ dövlət katibi Mayk Pompeo və bir sıra yüksək çinli məmurlar Ər-Riyada səfər edəcək.