17 Sentyabr 2019 16:00
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriyada fəaliyyət göstərən erməni terror təşkilatının sıraları getdikcə genişlənir”.

Bunu Teleqraf.com-a ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (Turkish-American Security Foundation – TASFO) başqanı Fatih Özonur deyib.

TASFO başqanı erməni terror qruplaşmasının Türkiyə Kommunist Marksist-Leninist Partiyasının (TKP/M-L) hərbi qanadı Türkiyə Fəhlə-Kəndli Azadlıq Ordusuna (TİKKO) bağlı olduğunu bildirib:

“Ermənistan hələ də terrorizmi dəstəkləyir. Araşdırmaya görə, Suriyadakı TİKKO üzvü olan Nübar Ozanyan Taboru əvvəllər 90 üzvdən ibarət idi. Lakin qruplaşma öz sıralarını getdikcə genişləndirir, hazırda bu tabordakı terrorçuların sayı 500-ə çatır.

Əldə etdiyimiz məlumata görə, qrup Ermənistan hökumətinə bağlıdır və bütün xərcləri İrəvandan ödənilir”.

Fatih Özonur erməni terrorçuların əsasən Suriyanın Türkiyə sərhədlərində yerləşdiyini bildirib:

“Erməni terror təşkilatının yeni düşərgələri Türkiyə sərhədləri yaxınlığında yerləşən Haseki, Qamışlı, Rəsullayn, Amudə, Təl Abyad və Aynulərəb bölgələrində qurulacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər