Fransa Prezidenti Emmanuel Makron Ər-Riyaddakı neft emalı zavodlarına yönəlik hücumu araşdırmaq üçün Səudiyyə Ərəbistanına ekspert qrupunun göndəriləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Fransa Prezidenti Səudiyyə Ərəbistanına göndəriləcək mütəxəssislərin hücumla əlaqədar istintaq aparacağını bəyan edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı zavodların vurulması ilə əlaqədar beynəlxalq istintaq aparılmasını tələb etmişdi.