22 Sentyabr 2019 17:00
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı ilkin razılığa gəlib.

Teleqraf.com Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə razılıq hər iki ölkənin daxili işlər nazirlərinin görüşündə əldə edilib.

Məlumata görə, yaxın zamanlarda Ukrayna ilə Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı saziş də imzalanacaq.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi İstanbulda səfərdədir. Səfər çərçivəsində Ukraynanın istehsal etdiyi “Aн-178” təyyarəsinin Türkiyəyə satışı məsələsi də müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər