22 Sentyabr 2019 20:45
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayında Kamerun sahillərində dəniz quldurlarına əsir düşən rus dənizçilər azad ediliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Kamerundakı səfirliyi açıqlama yayıb.

Bildirilib ki, əsirlərin həyat və sağlamlıqları yerindədir.

Hazırda Almaniyada olan dənizçilər yaxın günlərdə Rusiyaya yollanacaqlar.

Bir aydır əsirlikdə olan gəmi ekipajının digər beş üzvü başqa ölkələrdən olublar. Hələlik ancaq rusların, yoxsa bütün əsirlərin azad olunması haqqında dəqiq məlumat verilmir.

Qeyd edək ki, Qərbi Afrika sahillərində quldur dəstələri tez-tez müxtəlif ölkələrin gəmilərinə hücum edərək onları ələ keçirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər