23 Sentyabr 2019 12:29
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda qızıl ticarəti ilə məşğul olam E.U. adlı şəxsin oğlu xarici tərəfdaşı M.M.Ö. adlı şəxslə İraqda səfərdə olduğu zaman PKK terrorçuları tərəfindən qaçırılıb.

Teleqraf.com xəbər verir ki, PKK terrorçuları iş adamından 300 min ABŞ dolları tələb edib.

53 min dollar ödəyən iş adamını soyunduraraq fotolarını çəkiblər və işgəncəyə məruz qoyublar. İş adamı 300 min dolları ödədikdən sonra azadlığa buraxılıb. O, Türkiyəyə qayıtdıqdan sonra başına gələnləri prokurorluğa danışıb və şikayətçi olub.

Zərərçəkmiş ifadəsində deyib ki, etimadını qazanan xarici şəxs ona Süleymaniyyə şəhərinə getməyi təklif edib: “Mən martın 22-də birlikdə Süleymaniyyəyə getdik. Biz avtomobillə hərəkət edən zamanı qarşımızı kəsdilər. Peşmərgə paltarında olan 10 nəfər mənim başıma torba keçirdi, başqa avtomobilə mindirib bir binaya apardılar. Burada PKK üzvləri olduqlarını bildirib məndən 300 min dollar tələb etdilər.

Pulu tapmaq üçün zaman istədim. Terrorçular mənim dərhal pul vermədiyimi gördükdə çılpaq soyundurub fotolarımı çəkdirlər. Eyni zamanda döyüb işgəncə verdilər. Bir müddət ərzində pul tapa biləcəyimi dedim. Onlar mənə telefon və zaman verdilər.

Dostuma zəng edib ağır durumda olduğumu dedim, pul tapmasını xahiş etdim. Əvvəlcə 53 min dollar tapdı və həmin gün məni İraqa aparan M.M.Ö. vasitəsilə terrorçulara verdi.

Terrorçular məni soyundurub fotomu çəkdilər, lüt şəkildə əlimə gülləsi olmayan tapança verdilər, narkotik maddələrin qarşıma qoyub videomu çəkdilər. Bu fotoları polisə göndərəcəklərini bildirdilər.

300 min dolları aldıqdan sonra isə məni müalicə etdilər. Gözümü bağlı formada şəhər mərkəzinə gətirdilər. Burada M.M.Ö. məni onlardan alb bir evə apardı. Burada öz telefonumu və pasportumu verib məni azad etdilər.

Cibimdəki min dolları da götürdükləri üçün qayıdış biletimi bacım internetlə aldı. İndi də mənə zəng edib təhdid edir, məndən pul istəyirlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər