23 Sentyabr 2019 14:19
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük sərnişindaşıma şirkətlərindən olan “Thomas Cook” iflas etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, aparılan son danışıqlardan nəticə ala bilməyən ingilis şirkəti rəsmən fəaliyyətinə son qoyduğunu açıqlayıb.

178 ildir fəaliyyət göstərən “Thomas Cook” xətti ilə tətilə gedən İngiltərə vətəndaşlarının geri qaytarılması üçün ən böyük “geri qaytarma əməliyyatı”na başladığını elan edib.

“Operation Matterhorn” adlanan əməliyyatla 150 mindən çox İngiltərə vətəndaşının ölkəyə geri gətirilməsi planlaşdırılır.

Dünəndən etibarən tətil məkanlarına boş təyyarələrin göndərilməsinə başlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər