Deputat parlamentin qarşısında jurnalisti başından vurub.
Teleqraf.com xəbər verir ki, hadisə Haitidə olub.
Məlumata görə, dünən Senat baş naziri müəyyən etmək üçün növbəti dəfə toplantı keçirib. Senator Ceyn Mari Rolf senat binasından çıxarkən ona etiraz edən şəxsləri və sual vermək istəyən jurnalistləri görərkən dərhal belindəki silahı çıxararaq atəş açmağa başlayıb.
Ətrafa atəş açan senator bir jurnalisti üzündən vurub, digər şəxsi isə yaralayıb.
Xəstəxanaya çatdırılan jurnalist Nalionun üzündəki güllənin parçaları çıxarılıb, həkimlər onun səhhətinin normal olduğunu bildiriblər.
Avtomobilinə minərək hadisə yerini tərk edən deputat bir neçə saatdan sonra açıqlama verib, amma onun açıqlaması da ciddi mübahisə yaradıb.
Deputat bəyan edib ki, silahlı şəxslərin hücumuna məruz qalıb: “Məni avtomobilimdən çıxarmaq istədilər, mən də özümü qorudum. Özünü təhlükədən qorumaq hüquqdur”.