ABŞ Səudiyyə Ərəbistanına 2 ədəd Patriot hava hücumundan müdafiə sistemi, 4 ədəd radar sistemi və 200 hərbçi göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə xəbəri Pentaqonun sözçüsü Conatan Hoffman təsdiq edib.
Məlumata görə, sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft təssisatlarına hücumdan sonra ər-Riyad ABŞ qarşısında hava hücumundan müdafiə sistemlərini gücləndirməyi tələb edib.
Pentaqon digər ölkələri də Səudiyyə Ərəbistanının müdafiəsini dəstəkləməyə çağırıb.