Bazar günü, sentyabrın 29-da Rusiyanın Uzaq Şərq federal dairəsinin mərkəzi Vladivostok şəhərində bu dövr üçün ən yüksək temperatur müşahidə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Primhidromet” saytında yayımlanan məlumatda bildirilib.
“Bazar günü, sentyabrın 29-da termometr çubuqları +23...+26°C-ə yüksəldi. Beləliklə, 1938-ci ildən bəri bu tarix üçün mütləq maksimum qeydə alındı”, – deyə bildirilir.