Filippində Mayon vulkanının aktivləşərək partlayış ehtimalının yüksəlməsi nəticəsində 12 min insan bölgədən evakuasiya edilib.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Filippin Seysmologiya idarəsindən məlumat verilib. Məlumatlarda vulkanik süxurların hərəkətində müşahidə olunan fəallıq 24 saat ərzində insanların evakuasiyasını vacib edib.
Qeyd edək ki, 2460 m hündürlükdə olan Mayon vulkanı hər il minlərlə turisti özünə cəlb edir. Sonuncu dəfə 2006-cı ildə bu vulkanın partlaması nəticəsində yaranan torpaq sürüşməsində 1000 nəfər həyatını itirib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.