17 Sentyabr 2014 10:06
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın 4 taboru hələ də Ukrayna ərazisində qalır.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə NATO-nun birləşmiş silahlı qüvvələrinin komandanı Filipp Bridlav bəyan edib.

O, "Azadlıq Radiosu"na müsahibəsində deyib ki, Rusiya öz qoşunlarının bir qismini Ukraynadan çıxarıb. Lakin onlar Rusiya-Ukrayna sərhədi yaxınlığındadır.

"Rusiyanın Ukraynada olan 10 taborundan 4-ü hələ də orada qalır. Çıxarılan qüvvələr isə əmr olarsa, tezliklə Ukraynaya qayıda bilər", - Birdlav deyib.

Nihad


Müəllif:

Oxşar xəbərlər