22 Oktyabr 2019 11:59
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşdə özünün yerinə imtahanlarda iştirak etməsi üçün səkkiz ayrı dublyordan istifadə etdiyi bildirilən millət vəkili universitetdən qovulub.

Teleqraf.com xəbər verir ki, iqtidardakı Avami Birliyi Partiyasının deputatı Tamanna Nüsrətin dörd semester ərzində ən az 13 imtahana özünə oxşar qadınları göndərdiyi iddia olunub.

Tamannanın bunun qarşılığında dublyorlarına pul ödədəyi deyilib.

Sosial şəbəkədə paylaşılan videoda imtahandan əvvəl jurnalistlərə açıqlama verən bir qadın özünü Tamanna Nüsrət kimi təqdim edib. Lakin əsl kimliyi orataya çıxdıqdan sonra imtahandan qovulub.

Universitetdə təhsil alan Nüsrət parlamentə keçən il seçilmişdi. Deputatın bu saxtakarlığına görə, parlamentdəki mandatına da xitam veriləcəyi ehtimal olunur.


Müəllif: Mənsur Rəğbətoğlu