Suriya hökumətinin müxalifətin idarə etdiyi şəhərə endirdiyi hava zərbələri nəticəsində 50-yə yaxın adam həlak olub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Homs vilayətindəki Talbiseh yaşayış məntəqəsində iki gün davam edən bombardman nəticəsində ölənlər arasında altı uşaq da var.
Verilən məlumatlarda 12 nəfər üsyançının da öldürüldüyü bildirilib.
Eyni zamanda Suriya müxalifətinin nəzarət etdiyi daha bir ərazidə, əməliyyatlarda ən azı 34 uşaq ölüb.
Samir