Suriya Prezidenti Bəşər Əsəd dövlət televiziyasına müsahibəsində gündəmə dair suallara cavab verib.
Teleqraf.com xəbər verir ki, Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mümkün görüşə də toxunub.
O, "Ərdoğanla görüşərsinizmi?" sualını belə cavablandırıb: "Millətlərin mənafeyi naminə şəxsi hisslərimizi bir kənara qoymalıyıq. Əgər görüşmək nəticə verəcəksə, düşünürəm ki, millətlərin maraqları üçün hər şey edilməlidir".