Əfqanıstanda minanın partlaması nəticəsində 9 məktəbli ölüb.
Teleqraf.com xəbər verir ki, mina şimal-şərqdə yerləşən Taxar əyalintində partlayıb. Nəticədə 9-12 yaşları arasında olan doqquz uşaq ölüb.
Taliban faktla bağlı açıqlama verməyib.
BMT ötən ay bildirib ki, iyul-sentybar aylarında Əfqanıstanda 4313 mülki vətəndaş ya öldürülüb ya da yaralanıb. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz daha çoxdur.