4 Noyabr 2019 10:02
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyasının (CHP) İsveçrə təşkilatı Stokholumda Cümhuriyyət Bayramını qeyd edərkən 15 nəfərlik PKK qrupunun hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bayram tədbirində iştirak etmək məqsədilə CHP-nin parlament fraksiyasının lideri Engin Özkoç, İstanbul təşkilatının sədri Canan Kaftançıoğlu və digər şəxslərdə toplantıda dəvətli qonaqlar olub.

Terrorçu Abdulla Öcalanın fotolarını, PKK-ya aid şüarlar qaldıran şəxslər CHP üzvləri ilə mübahisə ediblər.

İsveçrə polisi CHP-dən bayram tədbirini təxirə salmağı tələb etsə də, min nəfərlik partiya fəalı və tərəfdarları bunu rədd edib.

Tədbir zamanı PKK tərəfdfarları salona daxil olaraq şüarlar səsləndirməyə başlayıb.

CHP-lilərin təpkisindən onlar salondan çıxarılıb və bayram tədbiri davam edib.


Müəllif: Cavad

Oxşar xəbərlər