4 Noyabr 2019 15:45
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan ilin sonu - 2020-ci ilin əvvəlinə qədər Rusiyadan çoxfunksiyalı “Su-30SM” qırıcılarını alacağını gözləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri David Tonoyan deyib.

Nazir Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün yeni silahların alınması məsələsinə də toxunub:

“Bu silahlar həm müqavilələr, həm də kredit proqramları çərçivəsində alınır”, deyən nazir tədarüklərin ən az dörd ölkədən gəldiyini bildirib.

Lakin Tonoyan hansı ölkələrdən silah alınacağını açıqlamayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər