4 Noyabr 2019 23:16
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın Esseks qraflığında aşkarlanan 39 cəsədin Vyetnam vətəndaşlarına aid olduğu dəqiqləşdikdən sonra bu ölkənin polisi 8 nəfəri həbs edib.

Teleqraf.com xəbər verir ki, Vyetnam rəsmilərindən ibarət bir qrup həmin 39 cəsədin (38 kişi, 1 qadın) şəxsiyyətini müəyyənləşdirmək üçün Britaniyaya gəlib.

Araşdırmalar nəticəsində qaçaqmalçılıq və insan alveri ilə əlaqəli 8 nəfər həbs edilib.

Xatırladaq ki, oktyabrın 23-də Britaniyanın Esseks qraflığının polisi yük maşınında 39 cəsəd aşkarlayıb. Cəsədlərin tapıldığı konteynerin Purflitə Belçikanın Zebrügge şəhərindən, yük maşınının isə Şimali İrlandiyadan gəldiyi məlum olub.

Cinayət işi ilə əlaqədar yük maşınının sürücüsü, daha sonra isə üç şübhəli saxlanılıb.


Müəllif: Teleqraf.com