7 Noyabr 2019 12:35
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı tədqiqatçılar 19 ildə ilk dəfə immun çatışmazlığı virusunun (HİV və ya QİÇS) yeni bir növünü təsdiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Tədqiqat müxtəlif diaqnostik vasitələr hazırlayan Amerika dərman şirkətinin “Abbott Laboratories”-in əməkdaşları tərəfindən aparılıb. Elm adamlarının dediyi kimi, Konqoda 3 nəfər HİV virusunun yeni növünə yoluxub. Bundan əvvəl son dəfə 2000-ci ildə HİV-in yeni bir növü aşkar edilmişdi.

Nəşrin məlumatına görə, yeni növün aşkarlanması qısa müddətdə HİV diaqnozu və ya müalicəsi metodlarını yaxşılaşdıra bilməz. Ancaq kəşf tədqiqatçılara virusun necə inkişaf etdiyini və yayıldığını daha yaxşı başa düşməyə kömək edə bilər. Gələcəkdə bu, mütəxəssisləri effektiv və əlverişli HİV peyvəndi yaratmağa yaxınlaşdıra bilər.

Belə bir dərman yaratmaq axtarışları ABŞ-la yanaşı, bir çox ölkədə aparılır. 2018-ci ilin may ayında BMT-nin HİV/AİDS üzrə Birgə Proqramının (UNAIDS) nümayəndələri belə bir vaksinin əldə edilməsinin ölümcül virusa qarşı mübarizədə böyük bir uğur olacağını bildirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər