Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryana atası ilə görüş qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bunu Robert Koçaryanın vəkili Ruben Saakyan noyabrın 7-də jurnalistlərə bildirib.
Jurnalistin "ata ilə oğlun görüşünə niyə icazə vermirlər" sualına cavabında vəkil bildirib ki, bunu onlardan (hakimiyyəti nəzərdə tutur - red.) soruşun.
Qeyd edək ki, noyabrın 7-də Yerevan məhkəməsinin hakimi Anna Danibekyan Robert Koçaryanın girov qarşılığında zaminə buraxılmasına dair vəsatəti təmin etməyib.