8 Noyabr 2019 18:27
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-la strateji münasibətlərdə yaranan problemlər bizi ciddi şəkildə narahat edir. Xüsusilə də qondarma erməni soyqırımı ilə bağlı Konqresdə qəbul edilən qətnamə və iqtisadi təhdidlər narahatedicidir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşündə bu məsələləri müzakirə edəcəyini bildirib:

“Hörmətli Tramp da yaranmış vəziyyətin narahatedici olduğunu bilir. Mənimlə telefonla danışanda Tramp məndən “Bu necə oldu?” deyə soruşdu.

Mən də ona cavab verdim ki, bu günədək oğul Buşla və Obama ilə işlədim, indi də sizinlə işləyirəm. O, dönəmlərdə bu məsələni komissiyaya həvalə edirdilər və komissiya da bunu qəbul etmirdi. İndi isə komissiyanı kənarlaşdırıb Konqresə göndərdilər.

Bundan sonra Tramp mənə bunu araşdıracağını və müzakirə edəcəyini dedi”.


Müəllif: Mənsur Rəğbətoğlu