9 Noyabr 2019 21:14
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərin "məhkəmə Prezident Vladimir Putini cərimə edə bilərmi" sualına cavab verib.

Teleqraf.com xəbər verir ki, bu sual Nyu-York Ali Məhkəməsinin Prezident Donald Trampı 2 milyon dollar cərimə etməsi ilə əlaqədar verilib.

Rusiyalı jurnalistlərin sualına aydınlıq gətirən Peskov deyib: "Siz bununla əlaqədar məhkəmə orqanlarına müraciət etməli və ya qanunları oxumalısınız".

Peskov əlavə edib ki, qanuna əsasən, prezidentini toxunulmazlıq hüququ var.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, prezidentin toxunulmazlıq hüququ olduğu üçün o, cinayət və inzibati məsuliyyətə cəlb edilə bilməz. Hətta istefaya getmiş Rusiya prezidentləri də səlahiyyət müddətindəki fəaliyyətə görə istintaqa cəlb edilə bilməz. Prezidnet ağır cinayət törətdikdə onun toxunulmazlıq hüququ ləğv edilə bilər.


Müəllif: Nahid

Oxşar xəbərlər