Rəsmi Vaşinqtondan verilən açıqlamada həftələrdir davam edən kütləvi etirazlar səbəbindən İraq hökuməti erkən parlament seçkilərinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, açıqlamada rəsmi Bağdaddan etirazçılara zorakılığa son qoymaq tələb edilib.
Habelə, nümayişlərdə iştirak edənlər və media nümayəndələrinin fəaliyyətlərinin məhdudlaşdırılması, internetə girişin qadağan edilməsi pislənilib.
Rəsmi Vaşinqton açıqlamada İranı İraqın neft qaynaqlarını ələ keçirməkdə və bu ölkədə davam edən etirazları dayandırmaq üçün silahlı qruplaşmalardan istifadə etməkdə ittiham edib.
Oktyabrın 1-dən İraqda işsizlik, korrupsiya və dövlət qurumlarının fəaliyyətsizliyinə etiraz olaraq kütləvi nümayişlər başlayıb.