11 Noyabr 2019 15:13
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bir çox teatr tamaşası və televiziya proqramında rol alaraq məşhurlaşan 13 yaşlı Laurel Qriggs həyatını itirib.

Teleqraf.com xəbər verir ki, 6 yaşından bəri aktrisa kimi fəaliyyət göstərən və gələcəyin ulduzu kimi baxılan Qriggs evdə dərslərini oxuyarkən səhhəti pisləşib.

13 yaşlı qız dərhal xəstəxanaya çatdırılsa da, dörd saat sonra vəfat edib.

Laurel Qriggsə 3 il əvvəl astma diaqnozu qoyulmuşdu. Həkimləri də məhz bu səbəbdən gənc qızın vəfat etdiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu