12 Noyabr 2019 00:28
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda növbəti parlament seçkiləri 2020-ci ilin fevralın 21-də keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu açıqlamasında ölkənin Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib.

O, dekabrın 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacağını bildirib.

Qeyd edək ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər