“İŞİD terror təşkilatının yeni lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin yerini bilirik”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Dövlət başçısı Qureyşinin də bir neçə gün əvvəl öldürülən İŞİD lideri Əbubəkir əl-Bağdadinin taleyini yaşayacağını bildirib:
“Amerikalı hərbçilər Bağdadini və İŞİD-in ikinci şəxsini öldürdü, indi diqqətimiz üçüncünün üzərindədir. Üçüncünün də ciddi problemləri var, çünki onun da harada olduğunu bilirik”.