Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə keçirilən birgə mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın səhvini düzəltməsi diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Tramp Türkiyənin suriyalı qaçqınlara 4 milyard dollar məbləğində vəsait xərclədiyi barədə məlumat verəndə Ərdoğan dərhal müdaxilə edərək həmkarının səhvini düzəldib, 40 milyard dollar olduğunu söyləyib.
Jurnlistlərdən birinin “Suriyalıların vətəninə geri qayıtması məsələsinin müzakirəsi üçün avropalı liderlərlə danışıq aparmaq şansı varmı” sualına cavabında ABŞ prezidenti Türkiyənin çox böyük miqdarda pul xərclədiyini söyləyib: “Bu məbləğ 4 milyard dollardan çoxdur. Nə qədər? 40-mı? Mən də o cür demişdim. Türkiyə çox xərclədi.
Başqalarından da eşitmişəm, bu, çox böyük vəsaitdir. Avropa indiyədək 3 milyard dollar yardım edib. Bu insanları buraxsalar Avropanın içindən keçərək irəliləyərlər. Bu da Avropaya ziyan verər. Avropa ilə danışıqlar aparıldı, Fransa, İngiltərə və Almaniyadan İŞİD üzvləri çıxdı. Sonradan soruşdum ki, bu insanları geri qaytarmaq istəyərsinizmi, onlar “yox” cavabını verdilər. Təbii ki, ədalətli deyil”.
O, Türkiyənin qaçanları tutduğunu bildirib: “İŞİD-i zərərsizləşdirə bildik. Bağdadi məsələsində atdığımız addım, özü lider idi, ikinci dərəcəli şəxsi də eyni cür məhv etdik, hazırda üçüncünün axtarışındayıq, Türkiyə bu mübarizədə bizə çox yardım etdi”.