Güney Azərbaycanın Urmiya və digər şəhərlərində kütləvi nümayişlər başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Güneydən olan milli fəallar məlumat yayıb.
Nümayişçilər İran hökumətinin benzinin qiymətini bahalaşdırmasına etiraz edir. Mitinqlərdə milli şüarlar səsləndirilir.
Güney Azərbaycanla yanaşı, İranın 10-dan çox şəhərində də kütləvi etiraz aksiyaları keçirilir.
Ümumilikdə İranda etiraz aksiyalarında 2 nəfərin öldüyü, xeyli yaralıların olduğu xəbər verilir. Bu barədə AFP və "Əl-Ərəbiyyə" agentlikləri məlumat yayıb.
Nümayişlərdən videogörüntünü təqdim edirik: