17 Noyabr 2019 22:54
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya S-400 hava hücumundan müdafiə sistemini 2020-ci ilin yazında Türkiyə ordusunun xidmətinə verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Dmitriy Şuqayev bildirib.

Şuqayev türkiyəli hərbçilərə keçirilən təlimlərin bu ilin sonuna qədər başa çatacağını qeyd edib.

Rusiyalı mütəxəssis 5-ci nəsil qırıcıların Türkiyəyə satıla biləcəyinə də işarə edib. O qeyd edib ki, tərəflər məsələ ətrafında müzakirələri davam etdirirlər.


Müəllif: Teleqraf.com