18 Noyabr 2019 11:08
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 54-cü plenar iclası başlayacaq.

Teleqraf.com xəbər verir ki, tədbirdə QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri İlham Əliyev, Jalə Əliyeva, Musa Quliyev, Aydın Mirzəzadə və Əflatun Amaşov iştirak edəcəklər.
Öncə QDİƏT PM Baş Assambleyasının 61-ci Büro iclası keçiriləcək. Sonra Daimi Komitənin 54-cü iclası öz işinə başlayacaq. İkigünlük 54-cü plenar iclasda cari ilin iyun ayında Bakıda keçirilmiş 53-cü plenar iclasın protokolu təsdiqlənəcək.

Qurumun fəaliyyəti, həmçinin QDİƏT-lə əlaqədar olan orqanların və sektoral dialoq üzrə tərəfdaşların fəaliyyəti barədə məlumatlar dinləniləcək. Ümumi diskussiyada Avropa Birliyi ilə QDİƏT arasında əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə nəzər salınacaq.

Baş Assambleyanın 54-cü plenar iclası çərçivəsində QDİƏT PM sədrinin müavinləri seçiləcək, 2020-ci maliyyə ilinin büdcəsi qəbul ediləcək, qurumun yaz sessiyası ilə əlaqədar təşkilati məsələlər həll olunacaqdır.


Müəllif: Cavad

Oxşar xəbərlər