Şimali Koreya lideri Kim Çen İn hərbi təlimi izləyərkən çəkdirdiyi foto maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, təlimə desantlar da qatılıb.
ABŞ-la Cənubi Koreya arasında nüvəsizləşdirilməyə dair müzakirənin yenidən başlaması üçün ortaq hərbi təlimin təxirə salındığı bir vaxtda Şimali Koreyanın hava təlimləri keçirməsi diqqət çəkib.
Sosial mediada Kim Çen İnın xüsusi təyinatlılarla fotosu ilə ABŞ və Cənubi Koreyaya meydan oxuduğu barədə müzakirələr açılıb.