Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində – parlament binasının qarşısında onlarla mitinq iştirakçısı yenidən çadırlar qurub.
Teleqraf.com “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, təxminən 10-na yaxın çadır qurulub, etirazçılar gecəni çadırların içərisində keçiriblər.
Parlament binası önündəki etirazçılar bir gün öncə xüsusi təyinatlılar tərəfindən dağıdılmışdı. Gürcüstan Daxili İşlər Nazirliyi bildirmişdi ki, parlamentin binası qarşısındakı etiraz aksiyası dağıdılan zaman 37 nəfər polisin tələblərinə tabe olmamaq və xuliqanlıq hərəkətlərinə görə tutulub.