20 Noyabr 2019 12:43
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamilə qadını ov itləri yeyərək öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə Fransanın şimalında Villiers-Kotterets şəhəri yaxınlığında baş verib.

29 yaşlı hamilə qadın öz iti ilə meşədə gəzərkən bir qrup ovçu öz itləri ilə ova çıxıbmış. İtlər qəfildən qadına hücum ediblər.

Məhkəmədə aydın olub ki, ov itləri hamilə qadının qol və ayaqlarını yeyib, bunun nəticəsində qadın dünyasını dəyişib.

Prokurorluq dərhal “adam öldürmə” maddəsi ilə cinayət işi qaldırıb.

Məlumata görə, qadını məhz hansı itlərin öldürdüyünü müəyyən etmək üçün 93 it arasında test keçirilib, qadına yaxınlaşan 5 it müəyyən olunub.

Prokurorluq qeyd edib ki, qadın hadisədən əvvəl ərinə zəng edərək itlərin ona hücum edə biləcəyini bildirib. Sonradan əri itlərin səsindən istifadə edərək qadının cəsədini tapa bilib.


Müəllif: Cavad