“İran hakimiyyəti son günlər baş verən hadisələr zamanı ölkənin təhlükəsizliyini təhdid edən düşmənləri geri çəkilməyə məcbur etdi”.
Teleqraf.com xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneyi ölkədə benzinin bahalaşmasına etiraz olaraq başlayan nümayişlər haqda danışarkən deyib:
“Dostlarımız və əleyhdarlarımız başa düşməlidir ki, son günlər ölkənin təhlükəsizliyini təhdid edən hadisələr zamanı düşmənləri geri çəkilməyə məcbur etdik”.
O bu hadisələrin təkcə cəmiyyətə təsir etmədiyini, İranın sabitliyini pozmağa cəhd olduğunu bildirib.