İran xalqı bir başqa tarixi imtahandan başı dik çıxdı, iqtisadi problemlərə rəğmən düşmənin dəyirmanına su tökülməsinə icazə vermədi. Ölkə xaricində təşkil edilən aksiyalar xalqın ayıq-sayıqlığı nəticəsində uğursuz nəticələndi.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani ölkədə benzinin qiymətinin artmasından sonra başlanan aksiyalar barədə danışarkən deyib.
“Kiçik bir qrup vətən və milli mənfəətimizə qarşı aksiyalara başladı. Düşmənin ölkədə güvənsizlik mühiti yaratmaq planı vardı, lakin xalq onlara qarşı böyük qələbə qazandı. İndi xalqın problemlərini azaltmaq və daha çox xidmət etmək, səy göstərmək növbəsi bizdədir”, - deyə Ruhani bildirib.