Balqabaq bayramı zamanı islam dəyərlərinə lağ olunan görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra ABŞ-ın Adana konsulluğunun iki türk əməkdaşı haqqında “xalq arasında kin, düşmənlik, təxribat” yaymaq ittihamı əsasında cinayət işi qaldırılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Adana konsulluğunda çalışan iki türk bayram zamanı əllərinə Kəbənin fotosu və zəmzəm su şüşəsini tutaraq islam dəyərlərinə lağ edibər.
Məlumata görə, konsulluğun qadın əməkdaşı çəkilən görüntülər zamanı “Dostlar kanalıma xoş gəlmisiniz. İzlədiyiniz kimi səhərdən bəri günahlar içində olduq. Amma düşünməyin ki, bundan xilas ola bilmərik. Bu içki Məkkədən gəlir. Bunu içdikdən sonra bütün günahlarınızdan xilas olursunuz. Bunu için, təmizlənin sonra həyatınıza baxın” fikirlərini işlədərək zəm-zəm suyunun qabını göstərib.
Görüntülərin davamında əlində içki şüşəsi tutan saqqalı və ərəblərin geydiyi qiyafədə olan kişi konsulluq əməkdaşı isə “bunu da için” deyərək qədəhi göstərir və içkini içir. Qadın əməkdaş isə bu anda onun yemək tabağını və əlindəki içki şüşəsini göstərərək “donuz əti görürəm,elə bir tərəfdən yeyir. Hacı nə edirsən? Əlindəki sprtli içki deyilmi?” sualını edərək lağ-lağıya keçir.
Bu görüntülərin yayılmasından sonra ciddi reaksiyalara səbəb olub. Konsulluğun hər iki əməkdaşı saxlanılıb.