22 Noyabr 2019 09:33
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO təhlükəsizlik sahəsində həyati önəm daşıyır. Bir milyarda yaxın insanın qorunmasında və müdafiəsində iştirakını on illərlə davam etdirməklə bunu sübuta yetirib".

Teleqraf.com xəbər verir ki, bu sözəri NATO baş katibi Yens Stoltenberq Fransanın "Le Figaro" qəzetinə müsahibəsində deyib.

Türkiyə mövzusuna və "Sülh çeşməsi" əməliyyatına toxunan baş katib ötən ay bu ölkəyə səfəri zamanı narahatlığını dilə gətirdiyini söyləməklə sözünə belə davam edib:

"Bütün müttəfiqlər əməliyyatı tənqid etdi, amma kimsə Türkiyənin NATO-dakı rolunu xatırlatmadı. Türkiyə müttəfiqlərinin hərbi bazadan istifadəsinə imkan yaratmaqla İŞİD-lə mübarizəyə qatıldı. NATO təməlli Türkiyə Suriya və İraq sərhədində yeganə ölkədir. 3,6 milyon qaçqın suriyalını qəbul edib. Türkiyə NATO üçün çox əhəmiyyətlidir. Bunu anlamaq üçün xəritəyə baxmaq və Türkiyənin geostrateji vəziyyətini təhlil etmək yetərlidir".

Yens Stoltenberq NATO və Avropa Birliyinin biri-birinə rəqib olmadığını, ikisi arasında seçim eləməyə gərək görmədiyini vurğulayıb.

Baş katib Norveç, İslandiya, Türkiyə, ABŞ, Kanada və İngiltərənin Avropanın təhlükəsizliyində əhəmiyyətli rol oynadığını qeyd edib.


Müəllif: Mahir

Oxşar xəbərlər