22 Noyabr 2019 13:44
2 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandakı son iğtişaşların səbəbkarları həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Mənbə bildirib ki, həmin şəxslər İranın Alborz, Fars, Tehran və Xuzistan əyalətindəki iğtişaşların rəhbərləridir.

Məlumatda həbs edilənlərin xarici təhlükəsizlik xidmətləri ilə əlaqəli olduğu vurğulanıb.

Noyabrın 15-dən İranda ölkə miqyasında benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər