22 Noyabr 2019 19:53
2 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni partiyanın qurulması istiqamətində gərgin çalışan keçmiş iqtisadiyyat naziri Əli Babacanla eks-prezident Abdullah Gül barədə sensasion iddia yayılıb.

Teleqraf.com xəbər verir ki, jurnalist Yekta Yaktı Güllə Babacanın dekabrın 1-də Demokrat Partiyasına qoşulacağı barədə məlumat verib.

Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) 42 nəfər də istefa verərək Demokrat Partiyasına keçəcək.
Başqa bir iddiaya görə isə Demokrat Partiyasının sədri Gültəkin Uysal konqresdə öz vəzifəsini Əli Babacana təhvil verəcək.

Sabiq prezident Süleyman Dəmirəlin həkimi olmuş İYİ Partiyanın İspartadan deputatı seçilən Aylin Cəsurun da Demokrat Partiyasına keçid edəcəyi bildirilir.


Müəllif: Nərgiz