23 Noyabr 2019 21:49
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Vladimir Putinlə əlaqələri gücləndirmək üçün oğlunu Moskvaya hərbi attaşe olaraq göndərir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tayms” qəzeti Misirin “Mada Masr” nəşrinə istinadən xəbər yayıb.

İngiltərə qəzetinin qeyd etdiyi kimi, bu, Rusiya liderinin Yaxın Şərqdə artan nüfuzunun daha bir əlamətidir.

Qeyd olunur ki, Mahmud əs-Sisi Ümumi Kəşfiyyat Xidmətində əsas vəzifələrdən birinə malik briqada generalıdır. Bu şöbədə atası üçün vacib olan məsələlərin həlli ilə məşğuldur. Eyni zamanda bu təyinata onun təhlükəsizlik qüvvələrinin bir hissəsi ilə münasibətləri korlanaması səbəb olub.

“Tayms” qəzetinin yazdığına görə, Rusiya paytaxtına köçürülməsi ona atasının əsas məqsədlərindən birinə – hərbi ittifaqların şaxələndirilməsinə nail olmaq imkanı verəcək.

Yeni təyinat kəşfiyyatda artan narazılığın mənbəyini aradan qaldırmaqla yanaşı, Mahmud əs-Sisinin gələcəkdə daha əhəmiyyətli vəzifələrə keçməsinə hazırlıq rolunu oynayır: “Baxmayaraq ki, bu günə qədər onun atasının yerinə dövlət başçısı olaraq əvəzlənəcəyinə işarə yoxdur”.


Müəllif: Səxavət

Oxşar xəbərlər